Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək. Təlim proqramında akademik göstəricələrə uyğun universitetlərin araşdırılması metodları, univesitet seçimləri, seçilmiş universitetlərə müraciət qaydaları, tələb olunan sənədləşmənin dəqiq aparılması yolları, təqaüd və maliyyə dəstəyi imkanları, viza prosedurları haqqında məlumatlar öyrədilir. Təlim nəticəsində tələbələr öz seçdikləri universitetlərə müraciət və qəbul prosesini özü idarə edir, ehtiyac olduqda Agoranın mütəxəssislərindən dəstək alırlar.