• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

AGORA

BAŞLA

BAŞLA proqramı 5-ci sinifdən etibarən orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş karyera inkişaf proqramıdır.

İRƏLİ

İRƏLİ 11-ci sinif şagirdlərinin xarici universitetlərə qəbul prosesinə dəstək verən individiual proqramdır.

YÜKSƏLİŞ

YÜKSƏLİŞ, nüfuzlu universitetlərdə magistratura təhsili almaq istəyən tələbələrə dəstək proqramıdır.

Başla! İrəli! Yüksəliş!

BİZ KİMİK?

Bu bizim Agoramızdır. Qədim Yunanıstan Agorasından çox fərqlənmirik. O zamanlar yunanlar Agoralara toplanaraq siyasi, ticari məsələləri müzakirə edərdilər. Bizim Agoranın isə tək gündəmi var, o da təhsildir.

Gəncləri arzuladıqları təhsil hədəflərinə çatdırmaq üçün şagird-tələbələr, ailələr, məktəb və tədris müəsssiələrinin nümayəndələri və əlbəttə peşəkar təhsil mütəxəssislərimiz Agorada toplanır, müzakirə edir, dəyərləndirir, qərarlar alır və həyata keçirir.

Agora təhsil mərkəzi şagird və tələbələrin təhsilinə, dünyanın qabaqcıl universitetlərində bakalavr və magistratura pilləsi üzrə təhsil almasına dəstək verən bir neçə proqram həyata keçirir. 5-ci sinifdən başlayaraq bütün orta məktəb şagirdləri üçün BAŞLA, 10-11-ci sinif şagirdlər üçün İRƏLİ, universitet tələbələri üçün YÜKSƏLİŞ, təhsil müəssisələri və təhsil mütəxəssisləri üçün FAYDA təhsil proqramlarını həyata keçiririk.

HAQQIMIZDA

AGORANIN FƏRQİ

Təcrübə və metodologiya:

Təhsil və universitetlərə qəbul təkcə test imtahanları, dərs qiymətləri və ya dil sertifikatlarından asılı deyil. Agorada hər tələbənin prosesində digər faktoların hamısına xüsusi diqqət yetirilir.

Qayğı:

Agorada qayğı əsasdır. Əməkdaşlarımız təhsil həyatının hər vacib anında gənclərin ehtiyaclarını və hədəflərini əsas götürür. Təhsil həyatında hədəfə çatmaq olduqca yorucu prosesdir və Agora bu prosesi tələbə və ailələri üçün bəsitləşdirir.

Fərdi yanaşma:

Hər tələbə özünəməxsusdur, hər biri bənzərsizdir.

Agorada hamıya uyan təhsil reseptləri yoxdur.

Hər tələbəyə fərdi yanaşırıq.

Komanda:

Agora fikir mübadilələrinin yeridir. Qərarlar və seçimlər tək ağızdan çıxmaz. Mütəxəssislərimiz, əməkdaşlarımız, xarici partnyorlarımız hamısı bir komanda kimi tələbə və ailələriylə birgə ən yaxşısını əldə etməyə çalışırıq.

Beynəlxalq dəstək:

Agora təkcə öz bildiyini və bacardığını etmir, həm də nüfuzlu xarici universitetlərin qəbul komissiyalarında iş təcrübəsi olan əcnəbi təhsil mütəxəssisləriylə də əməkdaşlıq edir, onların bilik və təcrübəsindən faydalanır.

Paylaşım:

Agora ünsiyyət məkanıdır. Bildiklərini özünə saxlayan insanların yeri deyil. Biz də bildiklərimizi tələbələrimizlə, ailələriylə bölüşürük.

AGORADA YERİNİZ VAR

TƏHSİL XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

İlkin konsultasiya üçün zəng edin: (+994) 55 257-24-77

Nəticələrimiz

AGORADA BAŞLAYANLAR, İRƏLİLƏYƏNLƏR
VƏ YÜKSƏLƏNLƏR

680

Peşəkar Konsultasiya

1230

Müraciət

1480

Motivasiya məktubu

1165

Qəbul

AGORA İLƏ TANIŞ OLUN

KONSULTASİYA ÜÇÜN QEYDİYYATDAN KEÇ

    Qaydalarla razıyam

    AGORADA TƏHSİL XİDMƏTLƏRİ

    Agora təhsil mərkəzinin xidmətlərindən səmərəli istifadə etməyin yolu konsultasiya xidmətindən başlayır. Agorada iki növ konsultasiya xidmətindən istifadə edə bilərsiniz: İlkin konsultasiya və Peşəkar konsultasiya.

    İlkin konsultasiya xidməti ödənişsizdir və müddəti 20 dəqiqədir.
    Peşəkar konsultasiya xidməti ödənişlidir və müddəti 90 dəqiqədir.

    Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir.

    Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.

    Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək.

    Agora universitet bələdçisi şagirdlərə öz maraqlarını araşdırmağa, məktəbdə və kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə və nüfuzlu universitetlərə müraciət vaxtı güclü namizəd profilləri yaratmağa imkan verir.

    Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir.

    Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu olur. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

    Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.

    Agora tərəfindən şagirdlərə verilən akademik hazırlıq dəstəyi şagirdlərin dərs qiymətlərinin yüksəldilməsi və qəbul imtahanlarına hazırlanmalarına dəstək xidmətidir. Agora bu məqsədlə ölkəmizin təcrübəli müəllimləri ilə əməkdaşlıq edir. Eyni zamanda müxtəlif istiqamətlər üzrə xarici müəllimləri də individiual hazırlıq prosesinə cəlb edir.

    Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır.

    Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

    Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir.

    Üniversitetlərin tələbə namizədlərini cəlb etdiyi intervülər qəbul məktubunun göndərilməsindən əvvəlki son mərhələdir. Bu mərhələdə qəbul komissiyasının üzvləri tələbəylə görüşərək onun xarakterini, peşəkarlığını, şəxsiyyətini, dünyagörüşünü və universitetə uyğun olub-olmadığını dəyərləndirir. İntervüdəki zəif performansıakademik göstəriciləri güclü olan çoxlu tələbənin qəbul edilməməsi ilə nəticələnir.

    Agora şagird və tələbələrə yay tətillərini səmərəli keçirməsi üçün çoxlu sayda yay məktəbi təklif edir. Beləcə həm keyfiyyətli istirahət etmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xarici dil biliklərini artırmaq fürsətləri çoxalır.

    Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.