• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

XARİCDƏ TƏHSİL

UZUNMÜDDƏTLİ XARİCDƏ TƏHSİL PROQRAMLARIMIZ

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

AGORA GROUP

XARİCDƏ TƏHSİL PLANINA NƏ VAXT BAŞLAMALI?

Agoranın bu suala cavabı sadədir. Mümkün olan ən erkən yaşda xaricdə təhsil planına ehtiyac var. İdeal olanı bakalavar təhsili üçün 5-ci sinifdə, magistratura təhsili üçün universitetin 1-ci kursunda oxuyarkən xaricdə təhsil planı qurmağa başlamaq arzuolunandır. Çünki, dünyanın qabaqcıl universitetlərinə hər il dünyanın müxtəlif ölkələrindən onminlərlə tələbə namizədi müraciət edir. Univesitetlər onlar arasından profili çox güclü olan namizədlərə üstünlük verir. Bu rəqabətə hazırlaşmaq isə qısa vaxt ərzində mümkün deyil. Odur ki, xaricdə təhsil səyahətinə çox erkən yaşlarda başlamaq tövsiyə olunur. Bu məqsədlə Agoranın aşağıdakı programlarına qoşularaq xaricdə təhsil planını vaxtında qura bilərsiniz.

QISAMÜDDƏTLİ XARİCDƏ TƏHSİL DƏSTƏYİ

Agora təhsil mərkəzinin xidmətlərindən səmərəli istifadə etməyin yolu konsultasiya xidmətindən başlayır. Agorada iki növ konsultasiya xidmətindən istifadə edə bilərsiniz: İlkin konsultasiya və Peşəkar konsultasiya.

İlkin konsultasiya xidməti ödənişsizdir və müddəti 20 dəqiqədir.
Peşəkar konsultasiya xidməti ödənişlidir və müddəti 90 dəqiqədir.

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir.

Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.

Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək.

Agora universitet bələdçisi şagirdlərə öz maraqlarını araşdırmağa, məktəbdə və kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə və nüfuzlu universitetlərə müraciət vaxtı güclü namizəd profilləri yaratmağa imkan verir.

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir.

Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu olur. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.

Agora tərəfindən şagirdlərə verilən akademik hazırlıq dəstəyi şagirdlərin dərs qiymətlərinin yüksəldilməsi və qəbul imtahanlarına hazırlanmalarına dəstək xidmətidir. Agora bu məqsədlə ölkəmizin təcrübəli müəllimləri ilə əməkdaşlıq edir. Eyni zamanda müxtəlif istiqamətlər üzrə xarici müəllimləri də individiual hazırlıq prosesinə cəlb edir.

Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır.

Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir.

Üniversitetlərin tələbə namizədlərini cəlb etdiyi intervülər qəbul məktubunun göndərilməsindən əvvəlki son mərhələdir. Bu mərhələdə qəbul komissiyasının üzvləri tələbəylə görüşərək onun xarakterini, peşəkarlığını, şəxsiyyətini, dünyagörüşünü və universitetə uyğun olub-olmadığını dəyərləndirir. İntervüdəki zəif performansıakademik göstəriciləri güclü olan çoxlu tələbənin qəbul edilməməsi ilə nəticələnir.

Agora şagird və tələbələrə yay tətillərini səmərəli keçirməsi üçün çoxlu sayda yay məktəbi təklif edir. Beləcə həm keyfiyyətli istirahət etmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xarici dil biliklərini artırmaq fürsətləri çoxalır.

Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.

AGORADA TOPLANIRIQ

TƏHSİL XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

İlkin konsultasiya üçün zəng edin: (+994) 55 257-24-77

Xaricdə necə təhsil ala bilərəm? Xaricdə hansı universitetdə oxuya bilərəm? Xaricdə universitet tələbəsi olmaq üçün nə etməli? Xaricdə təqaüdlü təhsil mümkündürmü? Hansı təqaüd proqramları mövcuddur və qəbul şərtləri nələrdir? Hansı sənədləri toplamalıyam? Agora təhsil mərkəzi xaricdə bakalaviatura təhsili almaq istəyən müraciətçilərə zəngin təcrübəsi sayəsində çoxlu sayda universitet və ixtisas təklif edə bilir. Ən uyğun variantı seçmək üçün təcrübəli əməkdaşlarımız bütün suallarınıza cavab verməyə hazırdır.

Agora təhsil mərkəzi Amerika, Avropa və Asiya ölkələrində magistratura, MBA və doktorantura təhsili təklif edir. Universitetdən sonra təhsilinizi davam etdirmək istəyirsinizsə, mərkəzimizə müraciət edə bilərsiniz.

Xarici dili tez və keyfiyyətli öyrənmək hər kəsin arzusudur. Məktəbdə, universitetdə və ya işdə öyrənilən xarici dili sürətlə təkmilləşdirib yüksək səviyyəyə çatdırmaq xəyal deyil. Ən effektiv metodlardan biri xarici dil kurslarında iştirak etməkdir. Agora təhsil mərkəzi xaricdə dil öyrənmək arzunuzu reallaşdırmaq üçün xidmətinizdədir.

Xaricdə orta məktəblərə və foundation proqramlarına qəbul qaydaları ölkəyə və seçilən məktəbə görə dəyişir. Agora təhsil mərkəzinin təcrübəsi ilə xaricdə hansı orta təhsil məktəbini və ya foundation proqramını seçəcəyinizə qərar verə bilərsiniz. Bəzən valideynlər uşaqlarının xarici mühitə daha tez öyrəşməsini təmin etmək üçün hələ orta məktəbdən onların xaricdə oxutmağa çalışırlar.

Agora təhsil mərkəzi övladlarınızın nəinki dincələcəyi, həm də xarici dil bacarıqlarını və biliklərini artıracağı unikal yay məktəbləri ilə dolu bir yay təklif edir. Bu məktəblərdə dünyanın müxtəlif xalqlarının nümayəndələri ilə dostluq əlaqələrinin əsasları qoyulur. Dünyanın məşhur universitetlərində təşkil olunan kurslarda iştirak edən tələbələr seçdikləri universitetin ab-havası ilə tanış olmaq imkanı əldə edirlər.

Xaricdə təqaüdlü təhsil mümkündürmü? Hansı təqaüd proqramları mövcuddur və qəbul şərtləri nələrdir? Hansı sənədləri toplamalıyam? Təqaüd proqramlarına necə müraciət edə bilərəm? Hər bir tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora təhsil mərkəzi sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

NƏTİCƏLƏRİMİZ

AGORADA BAŞLAYANLAR, İRƏLİLƏYƏNLƏR
VƏ YÜKSƏLƏNLƏR

680

Peşəkar Konsultasiya

1230

Müraciət

1300

Motivasiya məktubu

1165 K

Qəbul

İlkin konsultasiya istəmədiyindən əminsən?

PEŞƏKAR KONSULTASİYA ÜÇÜN QEYDİYYATDAN KEÇ

    Qaydalarla razıyam