• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

İRƏLİ

Agora ilə İRƏLİ 11-ci sinif şagirdlərinin xarici universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən individiual proqramdır.

İRƏLİ PROQRAMI NƏDİR?

Agora ilə İRƏLİ proqramı 11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş karyera inkişaf proqramıdır. İRƏLİ proqramı abituriyentlərin universitet seçimləri və universitetlərə qəbulu üçün dizayn olunub.

İRƏLİ proqramı 11-ci sinif şagirdləri üçün xaricdə təhsil, universitet seçimi, sənədləşmə, esse və tövsiyə məktubunun yazılması, intervü hazırlığı, təqaüd dəstəyi, viza dəstəyi kimi bir neçə əsas xidmətdən ibarətdir. Bu xidmətlərdən ayrı-ayrı faydalana biləcəyiniz kimi tam bir paket olaraq BAŞLA, İRƏLİYÜKSƏLİŞ proqramları çərçivəsində də istifadə edə bilərsiniz.

XARİCDƏ TƏHSİL

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

QƏBUL SİMULYATORU

Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır. Beynəlxalq niversitetlərin qəbul komissiyalarında təcrübəsi olan xarici mütəxəssislərin də köməyini alaraq tələbənin universitet müraciətindən öncə qəbul şansını dəyərləndiririk.

ÖZÜN MÜRACİƏT ET!

Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr  hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək. Təlim nəticəsində tələbələr Agoraın dəstəyi ilə öz seçdikləri universitetlərə müraciət və qəbul prosesini özü idarə edir.

NİYƏ İRƏLİ PROQRAMINI SEÇMƏLİSİNİZ?

İRƏLİ proqramı abituriyentlər üçün tam ideal universitetə qəbul proqramıdır. Proqramın əsas üstünlüyü hər abituriyentə fərdi yanaşmasıdır. Proqram hər tələbə namizədinin akademik nəticələri, tələbə profilinə uyğun gələn təhsil hədəflərinin müəyyənləşdirilməsinə xidmət edir. Buna görə də İRƏLİ proqramı hər tələbəyə özəl olaraq hazırlanır.

İRƏLİ PROQRAMI NECƏ İŞLƏYİR?

İRƏLİ proqramına qoşulmağın ilk addımı 90 dəqiqəlik sessiya olan Peşəkar Konsultasiya xidmətindən istifadə etməkdir. Bu konsultasiya nəticəsində mütəxəssislərimiz abituriyentin ehtiyaclarını və hədəflərini araşdıracaq. Araşdırma nəticəsində uyğun univeristetlərin siyahısı tərtib ediləcək, bu universitetlərə qəbul üçün tələbənin profili gücləndiriləcək.

İRƏLİ PROQRAMINA HANSI XİDMƏTLƏR DAXİLDİR?

İRƏLİ proqramı 11-ci sinif şagirdləri üçün xaricdə təhsil, universitet seçimi, sənədləşmə, esse və tövsiyə məktubunun yazılması, intervü hazırlığı, təqaüd dəstəyi, viza dəstəyi kimi bir neçə əsas xidmətdən ibarətdir.

AGORADA TƏHSİL XİDMƏTLƏRİ

Agora təhsil mərkəzinin xidmətlərindən səmərəli istifadə etməyin yolu konsultasiya xidmətindən başlayır. Agorada iki növ konsultasiya xidmətindən istifadə edə bilərsiniz: İlkin konsultasiya və Peşəkar konsultasiya.

İlkin konsultasiya xidməti ödənişsizdir və müddəti 20 dəqiqədir.
Peşəkar konsultasiya xidməti ödənişlidir və müddəti 90 dəqiqədir.

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir.

Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.

Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək.

Agora universitet bələdçisi şagirdlərə öz maraqlarını araşdırmağa, məktəbdə və kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə və nüfuzlu universitetlərə müraciət vaxtı güclü namizəd profilləri yaratmağa imkan verir.

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir.

Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu olur. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.

Agora tərəfindən şagirdlərə verilən akademik hazırlıq dəstəyi şagirdlərin dərs qiymətlərinin yüksəldilməsi və qəbul imtahanlarına hazırlanmalarına dəstək xidmətidir. Agora bu məqsədlə ölkəmizin təcrübəli müəllimləri ilə əməkdaşlıq edir. Eyni zamanda müxtəlif istiqamətlər üzrə xarici müəllimləri də individiual hazırlıq prosesinə cəlb edir.

Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır.

Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir.

Üniversitetlərin tələbə namizədlərini cəlb etdiyi intervülər qəbul məktubunun göndərilməsindən əvvəlki son mərhələdir. Bu mərhələdə qəbul komissiyasının üzvləri tələbəylə görüşərək onun xarakterini, peşəkarlığını, şəxsiyyətini, dünyagörüşünü və universitetə uyğun olub-olmadığını dəyərləndirir. İntervüdəki zəif performansıakademik göstəriciləri güclü olan çoxlu tələbənin qəbul edilməməsi ilə nəticələnir.

Agora şagird və tələbələrə yay tətillərini səmərəli keçirməsi üçün çoxlu sayda yay məktəbi təklif edir. Beləcə həm keyfiyyətli istirahət etmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xarici dil biliklərini artırmaq fürsətləri çoxalır.

Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.

AGORADA TOPLANIRIQ

TƏHSİL XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

İlkin konsultasiya üçün zəng edin: (+994) 55 257-24-77

NƏTİCƏLƏRİMİZ

AGORADA BAŞLAYANLAR, İRƏLİLƏYƏNLƏR
VƏ YÜKSƏLƏNLƏR

680

Peşəkar Konsultasiya

1230

Müraciət

1300

Motivasiya məktubu

1165

Qəbul

KONSULTASİYA ÜÇÜN QEYDİYYATDAN KEÇ

    Qaydalarla razıyam