YAY MƏKTƏBLƏRİ
Agora şagird və tələbələrə yay tətillərini səmərəli keçirməsi üçün çoxlu sayda yay məktəbi təklif edir. Beləcə həm keyfiyyətli istirahət etmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xarici dil biliklərini artırmaq fürsətləri çoxalır. Uşaqlar üçün ünsiyyət, özünüifadə bacarıqları bu təcrübələr zamanı formalaşır, özləri öz yeni istedadlarını kəşf edir. Bundan başqa, dünyanın məşhur universitetlərində də təşkil olunan akademik yay məktəblərinə qoşulmaq mümkündür.

PEŞƏKAR KONSULTASİYA NƏDİR?
Agora təhsil mərkəzində Peşəkar konsultasiya adi məsləhətləşmə deyil. Çünki bu konsultasiyada şagird və tələbənin profili ətraflı analiz edilir, namizəd profili yaradılır, təhsil hədəflərinə çatmaq üçün tələb olunan strateji yol xəritəsi hazırlanır.
Kurslar, dərsdənkənar fəaliyyətlər, mütaliələr, araşdırmalar və s. kimi başlıqlar Peşəkar konsultasiya nəticəsində hesabata çevrilir və sizə təqdim olunur. Tamamilə individual yanaşma tətbiq olunur.
Daha sonra istəsəniz digər xidmətlərimizlə davam edə bilər ya da elə Peşəkar konsultasiya ilə kifayətlənə bilərsiniz.



ŞAGİRDLƏR ÜÇÜN
BAŞLA
Agora ilə BAŞLA proqramı 5-ci sinifdən etibarən orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş karyera inkişaf proqramıdır. Təhsil həyatının erkən illərindən başlayaraq şagirdin karyera hədəflərinə uyğun akademik dəstək proqramıdır. BAŞLA proqramı şagirdlərin məktəb, lisey, universitet təhsilində və daha sonrakı həyatında uğurlu olması üçün tələb olunan bilik və bacarıqları mənimsəyə bilməsi üçün dizayn olunub.
ABİTURİYENTLƏR ÜÇÜN
İRƏLİ
Agora ilə İRƏLİ 11-ci sinif şagirdlərinin xarici universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən individiual proqramdır. İRƏLİ abituriyentlərin universitet seçimləri və universitetlərə qəbulu üçün dizayn olunub. İRƏLİ proqramı xaricdə təhsil, universitet seçimi, sənədləşmə, motivasiya məktubunun yazılması, intervü hazırlığı, təqaüd dəstəyi, viza dəstəyi kimi bir neçə əsas xidmətdən ibarətdir.
ABİTURİYENTLƏR ÜÇÜN
YÜKSƏLİŞ
Artıq universitet tələbəsisiniz. 3 və ya 4 il sonra məzun olacaqsınız? Sonra nə olacaq, planınız nədir? Magistratura pilləsinə keçməyi və ya xaricdə MBA təhsili almağı düşünürsünzmü? Əgər bu suala cavabınız müsbətdirsə, onda Agora təhsil mərkəzinin YÜKSƏLİŞ proqramı sizin üçündür. Bu proqramımız istər 1-ci kursdan etibarən, istər məzuniyyət ərəfəsində olsun, sizi magistratura təhsil pilləsinə hazırlayır.
MƏKTƏB BƏLƏDÇİSİ
Övladınızın hansı məktəbdə oxumasına necə qərar verəcəksiniz? Özəl məktəbdə oxusun yoxsa dövlət məktəbində? Özəl məktəbdə təhsil alacaqsa, hansı kurrikulumu seçmək lazımdır? Beynəlxalq kurrikulumlardan IB yoxsa A Level seçəcəksiniz? Bu məktəblərdən hansıları şagirdi öz hədəfinə çatdırmağa qadirdir? Övladınız bu məktəblərin qəbul imtahanına hazırdırmı? Bu sualları çoxalda bilərik. Hamısının cavabını Agora ilə öyrənə biləcəksiniz.

ROADMAP: ARAŞDIR, HAZIRLAŞ, ƏLDƏ ET!
Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.

MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏR
Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir. Nüfuzlu universitetlər bütün vaxtını dərs oxuyaraq keçirən və məktəbdənkənar fəaliyyəti heç olmayan tələbələri axtarmırlar. Agorada ölkənin və dünyanın ən parlaq namizədləriylə rəqabət edə bilmək üçün hansı yolda addımlayacağınıza bələdçilik edirik.
