• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

ÖLKƏ BƏLƏDÇİSİ

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Bəs hansı ölkəni seçək?

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Bu universitetlərdə yüzlərlə təhsil proqramı, onlarla ixtisas ildən-ilə inkişaf edən fərqli metodlarla tələbələrə tədris olunur.

Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Həm keyfiyyətli təhsil verən məşhur universitetlər, həm də nisbətən uyğun qiymətlər xarici tələbələri bu ölkəyə çəkir.

Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Böyük Britaniya universitetlərinin verdiyi diplomlar bütün dünyada qeyd-şərtsiz qəbul edilir. Bu səbəbdən də Böyük Britaniya universitetləri həmişə vazkeçilməz arzular sırasındadır.

Bu gün keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Almaniya universitetləri təklif etdikləri proqramlar, tədris metodikaları, tələbələrə yaradılan şərait baxımından bir-birilə yarışır.

Türkiyə universitetləri hər gün daha çox xarici vətəndaşın seçimi olmaqdadır. Gənclərin Türkiyədə oxumaq istəyi bu ölkənin təklif etdiyi təhsil proqramları, fərqli tədris metodikaları, tələbələrə yaratdığı şərait sayəsində yaranır.

Avstriya universitetləri xarici tələbələrə pulsuz təhsil, zəngin sosial və mədəni fəaliyyətlər təklif edir. Avstriyada tələbə olmaq bir çox Avropa ölkələri ilə müqayisədə maddi cəhətdən daha sərfəli hesab olunur. Avstriyada sizi keyfiyyətli təhsil, qədim tarix və zəngin mədəniyyətlə tanışlıq gözləyir.

Son illər İspaniya bütün dünyada tanınan mədəniyyət ənənələri ilə yanaşı, sənət və biznes sahələrində yüksək səviyyədə universitet təhsili verməsi ilə də önə çıxmaqdadır. İspaniya daha çox beynəlxalq biznes universitetləri ilə məşhurdur.

İtaliya universitetlərinin təklif etdiyi yüksəksəviyyəli təhsil bu qədim mədəniyyət beşiyi ölkəni həm də təhsil mərkəzi kimi tanıtmaqdadır. İtaliya universitetləri həm italyanca, həm də ingiliscə təhsil verməkdədir. Digər Avropa ölkələri ilə müqayisədə İtaliyada ali təhsil xərcləri daha azdır.

İsveçrə universitetləri böyük hədəfləri olan gənclərin seçimidir. Yüksək səviyyədə təşkil olunmuş təhsil sistemi ilə İsveçrə həmişə xarici tələbələrin diqqət mərkəzindədir. Həyat standartları yüksək olan, həmçinin, əsrarəngiz təbiətə malik İsveçrədə oxumaq həm qaynar tələbəlik illəri keçirməyə, həm də gələcək karyera üçün əvəzolunmaz təcrübə əldə etməyə yardımçı olur.

Niderland Avropanın ən keyfiyyətli təhsil mərkəzlərindən biri sayılır. Niderland universitetlərində təhsil almaq istər karyera quruculuğunda, istərsə də şəxsi inkişaf sahəsində bir gənc üçün olduqca önəmli mərhələ sayılmaqdadır. Niderlandda təhsil almaq həm də yeni bir dünyagörüşü qazanmaq deməkdir!

Fransanın üç universiteti dünya universitetlərinin reytinq cədvəlində ilk 100-lükdə yer alır. Fransa universitetləri əsasən fransızca təhsil verir. Amma, eyni zamanda, tələbələrə tamamilə ingilis dilində olan çoxlu proqram təklif edir.

Çex Respublikasında təhsil dili Çex dilidir. Amma çox sayda ingiliscə təhsil verən ixtisaslar da yetərincədir. Buna görə də bakalaviatura və magistratura pillələrində xarici tələbələrin sayı hər il artmaqdadır. Çexiyada həm yaşı yüz illərlə ölçülən dövlət universitetlərində, həm də modern üslubda qurulmuş özəl təhsil ocaqlarında bakalavr və magistratura təhsili almaq mümkündür

Macarıstan universitetlərinin xarici tələbələrə yaratdığı imkanlar həm ölkə iqtisadiyyatına ciddi töhfə verir, həm də təhsil sisteminin təkmilləşməsinə xidmət edir. Universitetə imtahansız qəbul, əksər fakültələrin ingiliscə təhsil verməsi, bahalı sayılmayan universitet ödənişləri xarici tələbələrin Macarıstanı seçməsinə səbəb olur.

Norveç universitetləri öz təhsili və məzunları ilə öyünə bilən təhsil müəssisələridir. Norveçdəki ali təhsil ocaqları yüzlərlə proqram və zəngin sosial-mədəni layihələr təklif edir. Xarici tələbələr Norveçdə həm yüksək səviyyədə təhsil alır, həm işləyir, həm də füsunkar təbiətə malik ölkədə səyahət etmək imkanı qazanırlar.

Belçika Avropada keyfiyyətli təhsil verən ən yaxşı ölkələrdən sayılır. Belçika universitetləri tələbələrə bir neçə dildə onlarla təhsil proqramı təklif edir. Belçika universitetlərindən əldə edilən diplomlar istər universitetdən sonra işləməyə başlayan, istərsə də araşdırma sahəsində karyera qurmaq istəyənlərin arzusunda olduğu dəyərli sənəddir.

Polşa universitetləri təklif etdiyi keyfiyyətli təhsil və təqaüd proqramları ilə Şərqi Avropada çox fərqlənən bir mövqeyə sahibdir. Polşa universitetləri qəbulda və təhsil alarkən tələbələrə uyğun şərtlər təqdim edir. Eyni zamanda, onların yüksəkkeyfiyyətli mütəxəssis kimi məzun olması üçün hər il təhsil proqramlarını və tədris metodlarını təkmilləşdirir.