Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.
Viza prosedurları ölkədən-ölkəyə fərqlidir. Ancaq ümumi qayda budur ki, təhsilinizin nə vaxt başlayacağından asılı olmayaraq, viza üçün mümkün qədər tez müraciət etmək lazımdır. Agora viza müraciətlərinizdə sizə dəstək verir, düzgün sənədləşmə aparır, müraciət prosesini sürətləndirir və mümkün gecikmələrin qarşısını alır.