UNİVERSİTET BƏLƏDÇİSİ
Xəyalınızdakı universitet hansıdır? Universitet həyatınızı hansı ölkədə yaşamaq istərdiniz? Dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün nələri bilməlisiniz? Agoranın əsas işi şagirdlər və tələbələr üçün doğru universiteti seçmələrinə dəstək olmaqdır. Universitetlər, tədris proqramları, üstünlükləri, təqaüd imkanları, beynəlxalq uğurları haqqındakı ən dolğun məlumatları elə Agorada öyrənəcksiniz. Agora universitet bələdçisi ilə xəyalınızdakı universitetlərin siyahısını tərtib edəcək, həmin univesitetlərdən qəbul məktubu almaq üçün sizə necə dəstək verəcəyimizi öyrənəcəksiniz.

UNİVERSİTET BƏLƏDÇİSİNİN FAYDALARI
Agora universitet bələdçisi şagirdlərə öz maraqlarını araşdırmağa, məktəbdə və kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə və nüfuzlu universitetlərə müraciət vaxtı güclü namizəd profilləri yaratmağa imkan verir.
UNIVERSİTET SEÇİMİNİ NECƏ EDİRİK?
Universitet bələdçisi güclü akademik zəmin yaratmaq, onların maraqlarını araşdırmaq, qısa və uzunmüddətli hədəflər təyin etmək və onları universitetə hazırlamaq üçün şagirdlərlə və ailələri ilə sıx əməkdaşlıq edir. Əgər Agora Roadmap xidmətindən faydalanmısınızsa, yol xəritənizdə seçilən universitetlər ölkə, ünvan, kampus həyatı, akademik imkanlar, büdcə, təqaüd alternativləri və s. kimi faktorlar nəzərə alınaraq müəyyənləşdirilir. Müraciət prosesi yaxınlaşanda, Roadmap hesabatında qoyulmuş hədəflər yerinə yetirilibsə, həmin siyahı üzrə müaciət prosesi başladılır. Agora universitet bələdçisi hər şagirdə müxtəlif meyarları nəzərə almaqla tamamilə fərdi universitet siyahısı hazırlayır.
UNIVERSİTET BƏLƏDÇİSİNDƏN KİMLƏR FAYDALANA BİLƏR?
Agora universitet bələdçisi dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən orta məktəb şagirdləri və abituriyentlər üçün nəzərdə tutulub. Erkən siniflərdə oxuyarkən universitet hədəflərinin qoyulmasını və bu hədəfə əsasən güclü akademik profil yaradılmasını tövsiyə edirik. Bu hədəf həm də orta məktəb və lisey seçiminə təsir edir. Eyni zamanda Agoranın digər erkən təhsil xidmətlərindən faydalanmamış abituriyentlər və tələbələr də Universitet bələdçisi ilə gələcək arzularını reallaşdıra bilərlər.
PEŞƏKAR KONSULTASİYA
Agora təhsil mərkəzində Peşəkar konsultasiya adi məsləhətləşmə deyil. Çünki bu konsultasiyada şagird və tələbənin profili ətraflı analiz edilir, namizəd profili yaradılır, təhsil hədəflərinə çatmaq üçün tələb olunan strateji yol xəritəsi hazırlanır.

ROADMAP
Roadmap ailələrin ən çox müraciət etdiyi Agora xidmətlərindən biridir. Bu hesabat şagirdin orta məktəbdən universitetə qəbuluna qədər keçən təhsil həyatının bütün mərhələlərini əhatə edən addımlar planıdır. Roadmap sayəsində şagirdlər və ailələr ən doğru seçimi etməkdə heç bir çətinlik çəkmədən qərar verə bilirlər.

QƏBUL SİMULYATORU
Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.
Universitetlərə müraciət dövründə, bütün komandamız tələbələrin universitet siyahısını və müraciətlərini yoxlamaq üçün həftəlik toplantılar təşkil edir. Bu toplantılarda xaricdə yaşayan və daha əvvəl universitetlərin qəbul komissiyalarında təcrübəsi olan xarici mütəxəssislərin də köməyini alaraq tələbənin universitet müraciətindən öncə qəbul şansını dəyərləndiririk.

XARİCDƏ MANEƏSİZ TƏHSİL ÜÇÜN VİZA DƏSTƏYİ
Sizə xaricdə təhsil səyahətinizin hər dayanacağında dəstək verən Agora viza müraciətlərinin mürəkkəbliyini aradan qaldırmaq üçün çalışır. Hər hansı bir sualınız və ya köməyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
