ROADMAP: ARAŞDIR, HAZIRLAŞ, ƏLDƏ ET!
Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.
Dünyanın nüfuzlu universitetlərinə qəbul olunmağın qısa və konkret yolu yoxdur. Eyni zamanda tələbələrin universitetə qəbuluna da kömək edən ümumi düsturlar yoxdur. Proses individualdır, tələbəyə, orta təhsil mühitinə, oxumaq istədiyi universitetlərin müxtəlif qəbul meyarlarına əsasən dəyişkənlik göstərir. Belə olduğu üçün də Agora öz şagird və tələbələrinə məktəbdən universitetə qədər uzunmüddətli yol xəritəsi – Roadmap hazırlayır.

ROADMAP NƏDİR?
Roadmap ailələrin ən çox müraciət etdiyi Agora xidmətlərindən biridir. Bu hesabat şagirdin orta məktəbdən universitetə qəbuluna qədər keçən təhsil həyatının bütün mərhələlərini əhatə edən addımlar planıdır. Roadmap sayəsində şagirdlər və ailələr ən doğru seçimi etməkdə heç bir çətinlik çəkmədən qərar verə bilirlər.
Roadmap hazırlanarkən şagirdlər və ailələr bunun kimi çoxlu sayda sualın cavabını özü üçün aydınlaşdıra bilir: Ən yaxşı universitetlərə müraciət etmək üçün hansı dərsləri seçmək olar? Hansı ixtisaslar sizin üçün uyğundur? Dərsdənkənar fəaliyyətləri və layihələi necə düzgün seçmək olar? Yay tətillərini necə səmərəli keçirmək olar? Hansı beynəlxalq imtahanlarda iştirak etmək tələb olunur? Bu imtahanlarda iştirak etmək üçün ideal vaxtı necə müəyyənləşdimək olar?
Rodmap şagirdin akademik qiymətləndirməsi, imtahan hazırlıqları, dərsdənkənar fəaliyyətləri, universitet seçimi, müraciət prosedurları və s. haqqında ətraflı məlumatlar və tövsiyələrdən ibarət sanballı sənəd hesab olunur.
ROADMAP NECƏ HAZIRLANIR?
Hər şagirdin təhsil hədəfləri və uğur hekayəsi bir-birindən fərqlidir. Ona görə də biz fərdiləşdirilmiş Roadmap yaratmaq üçün fərdi yanaşmaya üstünlük veririk. Şagirdlə keçirdiyimiz müsahibələrdə onun şəxsi bacarıqlarını, ehtiyaclarını və maraqlarını hərtərəfli təhlil edir və onun üçün ən uyğun yol xəritəsini müəyyənləşdiririk.
Agoranın təcrübəli mütəxəssisləri bu prosesi səmimi söhbətlərlə formalaşdırır. Valideynlərin də bu söhbətlərdə iştirak edərək töhfə verməsi bizim üçün arzuolunandır. Əlbəttə, valideyn və şagirdlər üçün sorğu-anketlərimiz olsa da, qarşılıqlı ünsiyyətin həmişə effektiv olduğunu sınaqdan çıxarmışıq.
Bu görüşlərdən çıxan nəticələrə əsasən, şagirdi təhsil hədəfinə çatdıracaq konkret addımları müəyyən edən Roadmap hesabatını hazırlayırıq. Bu hesabatda şagirdin hansı sinifdə hansı öhdəlikləri olduğu, hansı imtahanlara hazırlaşacağı, hansı dərsdənkənar fəaliyyətlərlə məşğul olacağı, hansı müsabiqə və layihələrdə iştirak edəcəyi və s. kimi müxtəlif inkişaf addımları ilə tanış olursunuz. Əlbəttə ki, bütün bu addımlar konkret təqvim planı ilə təqvim olunur. Məsələn hansı sinifdə hansı layihədə iştirak edəcəyinizi, xarici dil sertifikatını nə vaxt alacağınızı, universitetə müraciət üçün sənədləri nə vaxt hazırlamağa başlayacağınızı sizə Roadmap söyləyəcək.
ROADMAP NECƏ YOXLANILIR?
Əgər aiələlər arzu edərsə, Agoranın işi Roadmap hazırlamaqla yekunlaşmır, həm də yol xəritənizdəki planların həyata keçirilməsində də yaxından iştirak edirik. Biz bu prosesi komanda olaraq idarə edirik və mütəxəssislərimiz ailə və şagirdlərlə birlikdə addım-addım irəliləyir, yol xəritənizə əsasən istədiyiniz nəticələrin əldə edilməsinə nəzarət edirik. Hər mərhələdə öz rəyimizi bildirir, çatışmazlıqları müəyyənləşdirir, aradan qaldırmaq üçün əlavə tədbirlər görürürk. Nəticələri qiymətləndirir, müdaxilələr edir, təhsil hədəfinə əmin addımlarla irəliləməyinizə dəstək veririrk.
ROADMAP TƏQVİMİ
Adətən universitetlərə müraciət prosesi 6 -12 ay davam edər, ancaq bu prosesə hazırlaşmaq çox erkəndən, orta məktəb illərindən başlayır. Nüfuzlu universitetlərin tələbəsi olmaq üçün bu yola erkən çıxmaq lazımdır. Orta məktəb şagirdləri üçün 5-8-ci siniflər, universitet tələbələri üçün 1-2-ci kurs ən doğru zaman hesab olunur. Universitetlərə müraciət tarixlərinə az vaxtı qalan şagird və tələbələr üçün də xüsusi Roadmap hazırlayır və operativ qaydada tələb olunan prosesləri təcrübəli mütəxəssislərimizlə tamamlaya bilirik.
NƏ ÜÇÜN ROADMAP FAYDALIDIR?
Bəzi müəllimlər şagirdlərlə birgə işləməkdə çox uğurludurlar. Universitetlərə qəbul prosesində bu böyük üstünlükdür. Ancaq davamlı nəzarət və fasiləsiz xidmət lazım gələndə həmin müəllimlər ciddi vaxt məhdudiyyəti yaşayırlar. Eyni qaydada bəzi ailələr də övladlarının təhsil həyatında müstəsna rol oynayır, onların hazırlıq prosesinin hər mərhələsində yoxlama, nəzarət, qiymətləndirmə vəzifələrini yerinə yetirirlər. Bu da şagird-ailə münasibətlərində bəzən xoşagəlməz hallarla müşayiət olunur. Məhz bu səbəblərlə Agora mütəxəssisləri planlı qaydada hər mərhələdə addım-addım məktəb, valideyn və şagirdlə birgə işləyir.


