• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

QƏBUL SİMULYATORU NƏDİR?

Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.

Universitetlərə müraciət dövründə, bütün komandamız tələbələrin universitet siyahısını və müraciətlərini yoxlamaq üçün həftəlik toplantılar təşkil edir. Bu toplantılarda xaricdə yaşayan və daha əvvəl universitetlərin qəbul komissiyalarında təcrübəsi olan xarici mütəxəssislərin də köməyini alaraq tələbənin universitet müraciətindən öncə qəbul şansını dəyərləndiririk.

QƏBUL SİMULYATORUNUN FAYDALARI

Universitetlərə müraciət prosesi yorucu olsa da, qəbul komissiyalarının işi bundan da çətindir. Minlərlə müraciətçi arasından ən uyğun tələbə namizədini seçməyə çalışırlar. Agora komandası bu prosesdə komissiya üzvlərinin qərarına təsir edən amilləri çox yaxşı bilir və analiz edirlər. Agora Qəbul Simulyatoru sanki universitetin qəbul komissiyası kimi tələbənin müraciətini bir neçə dəfə incələyir, yoxlayır və qərara əsasən lazımi düzəlişləri edir. Qəbul Simulyatorunun nəticəsinə əsasən tələbələr ən çox arzuladıqları universitet və proqramlara qəbul şanslarını artırmaq üçün nə edəcəklərini öyrənirlər.

QƏBUL SİMULYATORUNUN EKSPERTLƏRİ

Qəbul Simulyatorunda sadəcə Agoranın təcrübəli mütəxəssisləri iştirak etmir. Müraciət edilən ölkə və universitet nəzərə alınmaqla o ölkələrdə qəbul qərarlarının verilməsində iştirak etmiş xarici mütəxəssislər də Qəbul Simulyatoruna cəlb olunur. Onların keçmiş təcrübəsi ilə Agoranın Qəbul Simulyatoru tələbənin müraciət sənədlərini dərindən incələyir, təhlil edir və qərarını açıqlayır.

QƏBUL SİMULYATORU NECƏ İŞLƏYİR?

Tələbələr universitet seçimini etdikdən sonra müraciət üçün tələb olunan bütün sənədlərini hazırlayıb Agoranın əlaqədar təhsil mütəxəssisinə göndərir. Agora Qəbul Simulyatorunun ekspertləri bu sənədləri Amerika və Avropanın universitetlərinin qəbul komissiyasının qiymətləndirmə prosesini yenidən canlandırırlar. Burada tələbənin güclü və zəif cəhətlərini analiz edir, qəbul ehtimalını dəyələndirir. Bu təhlillər tələbəyə təqdim olunur və növbəti addım üçün müzakirəyə start verilir, mütəxəssislərimizin tövsiyə etdiyi düzəlişlərin həyata keçirilməsi üçün çalışılır. Beləcə universitetlərin real qəbul komissiyalarına gücləndirilmiş tələbə profili təqdim olunur.

QƏBUL SİMULYATORUNDAN KİMLƏR İSTİFADƏ EDƏ BİLƏR?

Agoranın BAŞLA, İRƏLİYÜKSƏLİŞ proqramlarına qoşulmuş tələbələr Qəbul Simulyatorundan tam məhdudiyyətsiz faydalana bilərlər. Digər xidmət paketlərinə qoşulmuş tələbələr üçün Agora Qəbul Simulyatoru əlavə ödənişldir.

XARİCDƏ TƏHSİL

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

UNİVERSİTET BƏLƏDÇİSİ

Xəyalınızdakı universitet hansıdır? Universitet həyatınızı hansı ölkədə yaşamaq istərdiniz? Dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün nələri bilməlisiniz? Agoranın əsas işi şagirdlər və tələbələr üçün doğru universiteti seçmələrinə dəstək olmaqdır. Universitetlər, tədris proqramları, üstünlükləri, təqaüd imkanları, beynəlxalq uğurları haqqındakı ən dolğun məlumatları elə Agorada öyrənəcksiniz.

ÖLKƏ BƏLƏDÇİSİ

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Bəs hansı ölkəni seçək?