• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

“ÖZÜN MÜRACİƏT ET!” PROQRAMI NƏDİR?

Günlərlə, aylarlar düşündünüz, növbəti təhsilinizə xaricdə davam etmək qərarı verdiniz. İndi cavabını axtardığınız suallar var. Hansı ölkədə təhsil almaq sizin üçün yaxşı olar? Universitet seçimimi nəyə əsasən edəcəyəm? Arzuladığım universitetə qəbul oluna bilərəmmi? Neçə univesitetə müraciət edim? Hansı sənədləri hazırlayım? Təqaüd ala bilərəm? Viza müraciətimə müsbət cavab verilərmi? Bir sürü sual və haradan başlayacağınızı bilmirsiniz. Onda Agoranın “Özün müraciət et” təliminə qoşulmaq vaxtıdır.

“ÖZÜN MÜRACİƏT ET!” PROQRAMI NECƏ İŞLƏYİR?

Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək. Təlim proqramında akademik göstəricələrə uyğun universitetlərin araşdırılması metodları, univesitet seçimləri, seçilmiş universitetlərə müraciət qaydaları, tələb olunan sənədləşmənin dəqiq aparılması yolları, təqaüd və maliyyə dəstəyi imkanları, viza prosedurları haqqında məlumatlar öyrədilir. Təlim nəticəsində tələbələr öz seçdikləri universitetlərə müraciət və qəbul prosesini özü idarə edir, ehtiyac olduqda Agoranın mütəxəssislərindən dəstək alırlar.

QƏBUL SİMULYATORU

Agora Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır. Universitetlərə müraciət dövründə, bütün komandamız tələbələrin universitet siyahısını və müraciətlərini yoxlamaq üçün həftəlik toplantılar təşkil edir. Bu toplantılarda xaricdə yaşayan və daha əvvəl universitetlərin qəbul komissiyalarında təcrübəsi olan xarici mütəxəssislərin də köməyini alaraq tələbənin universitet müraciətindən öncə qəbul şansını dəyərləndiririk.

XARİCDƏ TƏHSİL

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

UNİVERSİTET BƏLƏDÇİSİ

Xəyalınızdakı universitet hansıdır? Universitet həyatınızı hansı ölkədə yaşamaq istərdiniz? Dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün nələri bilməlisiniz? Agoranın əsas işi şagirdlər və tələbələr üçün doğru universiteti seçmələrinə dəstək olmaqdır. Universitetlər, tədris proqramları, üstünlükləri, təqaüd imkanları, beynəlxalq uğurları haqqındakı ən dolğun məlumatları elə Agorada öyrənəcksiniz.

ÖLKƏ BƏLƏDÇİSİ

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Bəs hansı ölkəni seçək?