MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏR
Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir. Nüfuzlu universitetlər bütün vaxtını dərs oxuyaraq keçirən və məktəbdənkənar fəaliyyəti heç olmayan tələbələri axtarmırlar. Agorada ölkənin və dünyanın ən parlaq namizədləriylə rəqabət edə bilmək üçün hansı yolda addımlayacağınıza bələdçilik edirik.

MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏR NƏDİR?
Məktəbdənkənar fəaliyyətlər, adından da başa düşüldüyü kimi məktəb proqramından kənarda qalan fəaliyyətlərdir. Məcburi deyil, şagird və tələbənin maraqlarından asılı olaraq könüllüdür. Hobbilər, idman, könüllülük, sosial innovasiya layihələri və. s məktəbədnkənar fəaliyyət hesab olunur. Hansı məktəbdənkənar fəaliyyətin şagirdin maraqlarına uyğun olduğunu müəyyənləşdirmək, həm də bunların nüfuzlu universitetlərə qəbul proosesinə köməyi yaxşı qiymətləndirilməlidir. Bu fəaliyyətlər şagird və tələbə profilinin detallarını yaxşı əks etdirir, onların maraq dairələrini, zamanı necə idarə etmələrini, liderlik bacarıqlarını ortaya qoyur.
MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏR NİYƏ VACİBDİR?
Nəzərə alın ki, dünyanın nüfuzlu universitetlərində oxumaq istəyən təkcə siz deyilsiniz. Sizin kimi müxtəlif ölkələrdən şagirdlər bu universitetlərin tələbəsi olmaq üçün yorulmadan çalışırlar. Üstəlik, dərs qiymətləri yüksək, 1500-dən çox SAT balı, 100-dən çox TOEFL nəticəsi olan tələbə namizədlərinin sayı dünya miqyasında hər il artır. Nüfuzlu universitetlər öz tələbələrini belə namizədlər arasından seçir, ancaq bəzi ailələr və tələbələr ən yüksək imtahan nəticələrinin bu universitetlərdə təhsil almaq üçün kifayət edəcəyini düşünərkən səhvə yol verirlər. Mükəmməl dərs qiymətləri və imtahan nəticələrinə sahib minlərlə rəqibin arasından seçilmək üçün məktəbdənkənar akademik və innovativ uğurlara ehtiyac var. Buna görə də hər tələbə namizədi öz CV-ni universitetlərin gözləntisinə uyğun məktəbdənkənar fəaliyyətlərlə zənginləşdirməlidir.
MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏRİN FAYDALARI NƏDİR?
Məktəbdənkənar fəaliyyətlərin fərdi qaydada çoxlu faydası olsa da, önəmli nəticlərindən biri də nüfuzlu universitetlərin qəbul komissiyasının nəzərində yaratdığı tələbə təəssüratıdır. Bu fəaliyyətlər tələbə həyatınızı social olaraq necə yaşayacağınızı, komanda işinə uyğunlaşma bacarığınızı, liderlik qabiliyyətinizi, kreativ düşünməyinizi, aldığınız təhsili gələcək həyatınızda necə dəyərləndirəcəyinizi də göstərir.
Məktəbdənkənar fəaliyyətlər həm də şagird və tələbələrin özlərini kəşfetmələrinə və maraq dairələrini genişlətmələrinə kömək edir ki, bu da onların təhsil hədəflərinə daha güclü hazırlanmalarına dəstək verir.

MƏKTƏB SEÇİMİ –
İLK ADDIM
Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu ola bilir. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

ROADMAP: ARAŞDIR, HAZIRLAŞ, ƏLDƏ ET!
Roadmap ailələrin ən çox müraciət etdiyi Agora xidmətlərindən biridir. Bu hesabat şagirdin orta məktəbdən universitetə qəbuluna qədər keçən təhsil həyatının bütün mərhələlərini əhatə edən addımlar planıdır. Roadmap sayəsində şagirdlər və ailələr ən doğru seçimi etməkdə heç bir çətinlik çəkmədən qərar verə bilirlər.

AKADEMİK HAZIRLIQ DƏSTƏYİ
Təhsil müəssisələrinə qəbul prosesində tələbənin dərs qiymətləri və imtahan nəticələrinə xüsusi diqqət yetirilir. Şagirdlərin transkriptləri nə qədər güclü olarsa, bir sonrakı təhsil mərhələsinə keçid və uğur qazanmaq da o qədər asan olur.
