• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

MƏKTƏB BƏLƏDÇİSİ

Övladınızın hansı məktəbdə oxumasına necə qərar verəcəksiniz? Özəl məktəbdə oxusun yoxsa dövlət məktəbində? Özəl məktəbdə təhsil alacaqsa, hansı kurrikulumu seçmək lazımdır? Beynəlxalq kurrikulumlardan IB yoxsa A Level seçəcəksiniz? Bu məktəblərdən hansıları şagirdi öz hədəfinə çatdırmağa qadirdir? Övladınız bu məktəblərin qəbul imtahanına hazırdırmı? Bu sualları çoxalda bilərik. Hamısının cavabını Agora ilə öyrənə biləcəksiniz.

Məktəb seçimi – ilk addım

Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu olur. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

Məktəb seçimində variantlar da çoxdur. Özəl məktəb, yoxsa dövlət məktəbi olsun, A Level yoxsa IB proqramını seçməlisinniz, anadilində təhsil yoxsa xarici dildə təhsil alaq? Alternativlər çoxdur və özünüzü labirintdə hiss edə bilərsiniz. Ancaq Agora təhsil mərkəzinin BAŞLA Proqramı övladınız üçün hansı məktəbin, hansı beynəlxalq proqramın doğru seçim olduğunu araşdırmağa və müəyyənləşdirməyə hazırdır. Bu prosesin hər bir mərhələsində Agoranın dəstəyini hiss edəcək və düzgün seçim etməkdə çətinlik çəkməyəcəksiniz.

Məktəb seçimi və qəbulu xidmətindən kimlər faydalana bilər?

Məktəb seçimi və qəbulu xidmətimiz övladları üçün xaricdə təhsil hədəfləri olan, onların dünyanın nüfuzlu universitetlətində təhsil almasını arzulayan ailələr və övladları üçün nəzərdə tutulub. Hazırda övladınız 5-10-cu siniflərdə təhsil alırsa, bu xidmətimiz sizin üçün faydalı olacaq. Məktəb seçimi şagirdlərin unviresitet müraciətlərinə və qəbuluna da təsir edəcəyi üçün böyük əhəmiyyət daşıyır.

Məktəbi necə seçirik?

Məktəb seçimlərinin nəzərdən keçirilməsi:

Biz dövlət və özəl məktəb seçimlərini diqqətlə nəzərdən keçiririk. Şagirdin ehtiyaclarını və məqsədlərini nəzərə alaraq, ən uyğun məktəbi müəyyənləşdiririk.

Müraciət və Qəbul Prosesi:

Orta məktəbə müraciət və qəbul prosesini ətraflı izah edirik.

Araşdrıma və Məktəb Siyahısı:

Biz uyğun məktəb variantları haqqında ətraflı araşdırma aparırıq və şagirdin ehtiyac və istəklərinə uyğun balanslaşdırılmış məktəb siyahısını yaratmağa kömək edirik.

Strateji Qəbul Planı:

Şagirdin ən yaxşı qəbul şansına malik olması üçün strateji qəbul planı hazırlayırıq. Məktəb turları, görüşlər, varsa imtahan hazırlıqları üçün effektiv planlaşdırma təqdim edirik.

Ən yaxşı seçimin müəyyən edilməsi:

Şagirdin ehtiyaclarına ən uyğun olan məktəbi müəyyən edir və qəbul prosesinə dəstək veririk.

Repetitorluq və Mentorluq

Zəruri hallarda fərdi dərslər üzrə hazırlıq tövsiyələri təklif edir, beləliklə, şagirdin potensialını maksimum dərəcədə artıra bilirik.

XARİCDƏ ORTA MƏKTƏB VƏ LİSEY TƏHSİLİ

Xaricdə unversistet təhsilində məktəb və lisey təhsili vacibdir. Bu məqsədlə bəzi ailələr övladlarının elə orta məktəb və ya lisey təhsilini də xaricdə almasını düşünə bilirlər və qərar verməkdə çətinlik çəkirlər. Xaricdə orta məktəb təhsili üçün haradan başlamaq lazım olduğunu, ümumiyyətlə, bu qərarın doğru olub-olmadığını öyrənmək üçün konsultasiyaya ehtiyac duyarlar. Agora bu mövzuda şagirdlərə və ailələrə çox yaxından dəstək verir. Mütəxəssislərimiz şagirdlərin və ailələrin ehtiyaclarını nəzərə alaraq məktəb seçimi, ölkə seçimi, proqram seçimi mövzusunda öz araşdırmasını təqdim edir, tələb olunan sənədləşmə, imtahanlara hazırlıq, viza dəstəyi kimi müxtəlif xidmətlər göstərir.

  • ADA MƏKTƏBİ
  • Azərbaijan British College
  • Ak. Zərifə Əliyeva adına lisey
  • Avropa Azərbaycan Məktəbi
  • Bakı Avropa Liseyi
  • Bakı Oksford Məktəbi
  • British School
  • Dünya Məktəbi
  • FRİTL
  • Hədəf Liseyi
  • Kaspi Liseyi
  • Landau School
  • Oxbridge Academy
  • Sabis Sun
  • TISA
  • CATS Academy Boston (ABŞ)
  • Deer Valey Unified School District (ABŞ)
  • Edmund Burke Lisesi (ABŞ)
  • Toronto District School Board (Kanada)
  • Monkton Combe School (Böyük Britaniya)
  • Abbey DLD College (Böyük Britaniya)
  • Brockenhurst College (Böyük Britaniya)
  • MPW College (Böyük Britaniya)
  • St. Michael's School (Böyük Britaniya)
  • STK Aachen (Almaniya)
  • STK Fulda (Almaniya)
  • TUDIAS (Almaniya)
  • STK Paderborn (Almaniya)
  • Hamelin-Laie International School (İspaniya)