
AGORADA KONSULTASİYA PROSEDURU NECƏ HƏYATA KEÇİRİLİR?
1
TANIŞ OLUN
Təhsil hədəfləriniz və bizim dəstəyimiz haqqında daha çox məlumat əldə etmək üçün mütəxəssislərimizlə əlaqə saxlayın. Təklif etdiyimiz xidmətlərlə bağlı suallarınızı cavablandırmaqdan, məsləhətləşmə prosesinizlə bağlı gözləntilərinizi bölüşməkdən və sizin üçün ən uyğun məsləhətçini seçməyinizə kömək etməkdən məmnun olarıq. Bunun üçün İlkin konsultasiya xidmətimizdən ödənişsiz qaydada faydalana bilərsiniz.
2
FORMU DOLDURUN
Peşəkar konsultasiya xidmətindən istifadə etməyə qərar vermisinizsə, sizə göndərəcəyimiz linkə keçid edərək formu dolduracaqsınız. Bununla da akademik keçmişiniz, dərsdənkənar fəaliyyətləriniz, dünyagörüşünüz və s. haqqındakı bütün məlumatları mütəxəssislərimiz incələyəcək.
3
GÖRÜŞƏ GƏLİN
Əməkdaşlarımız sizi Agoraya dəvət edir, uyğun tarix və saatı planlaşdırır. 90 dəqiqə çəkən bu görüşdə əməkdaşımız sizə şagird və tələbənin mövcud profilini və təhsil hədəfinə aparacaq addımları ətraflıca sizinlə müzakirə edir. Bundan sonra anket-profilinizdə qeyd etdiyiniz məlumatlara və təhsil hədəflərinizə əsasən strateji yol xəritənizi hazırlayacağıq. Kurslar, dərsdənkənar fəaliyyətlər, məşğələlər, araşdırmalar, müsabiqələr və s. haqqında tövsiyə və təkliflərimizi əhatə edən bir hesabat hazırlayacağıq.
4
PROQRAMI SEÇİN
Görüşdən sonra strateji yol xəritəniz və konsultasiya zamanı alınan qeydlərin hamısını əhatə edən hesabat sizə təqdim olunur. Bundan sonra necə davam edə biləcəyinizə dair suallarınız olarsa, onları da cavablandırırıq. Bu mərhələdə bütün suallarınızı ətraflı cavablandıracağıq. Hədəflərinizə və büdcənizə uyğun olaraq ideal Agora proqramını seçmək üçün sizinlə birgə işləyəcəyik.


