İNTERVÜYƏ HAZIRLIQ
Üniversitetlərin tələbə namizədlərini cəlb etdiyi intervülər qəbul məktubunun göndərilməsindən əvvəlki son mərhələdir. Bu mərhələdə qəbul komissiyasının üzvləri tələbəylə görüşərək onun xarakterini, peşəkarlığını, şəxsiyyətini, dünyagörüşünü və universitetə uyğun olub-olmadığını dəyərləndirir. İntervüdəki zəif performansıakademik göstəriciləri güclü olan çoxlu tələbənin qəbul edilməməsi ilə nəticələnir.

İNTERVÜLƏRƏ HAZIRLIĞA NECƏ KÖMƏK EDİRİK?
İntervülərdə uğurlu olsanız, arzuladığınız universitetə qəbul ehtimalınızı artıracaqsınız. Agora təhsil mərkəzinin mütəxəssisləri təkcə intervü suallarına necə cavab verəcəyinizi anlamağa kömək etmir, həm də intervülərdə vurğulanmalı olan güclü tərəflərinizin müəyyənləşdirilməsinə kömək edir. Müxtəlif suallar çərçivəsində doğru və səhv cavab variantlarını tələbəylə müzakirə edir, qısa və effektiv cavabların müəyyənləşdirilməsinə kömək edirik.
İNTERVÜLƏRƏ HAZIRLAŞMAQ LAZIMDIRMI?
Universitetlərə qəbul olunmamağa təsir edən amillərdən biri də intervülərdə zəif tələbə profili nümayiş etdirməkdir. Nəzərə alanda ki, uğurlu keçən intervülər bəzən zəif akademik göstəricilərə baxmayaraq qəbul cavabı ilə nəticələnir, onda intervülərə düzgün hazırlaşmaq lazım gələcək.
İntervülər tələbələrin öz performansını, bilik və bacarığını nümayiş etdirmək üçün yaxşı fürsətdir. Bu fürsəti doğru dəyərləndirib universitetdən qəbul məktubu ala bilmək üçün intervüyə hazırlaşmaq böyük əhəmiyyət daşıyır. Tələbə bu intervülərdə qəbul komissiyasının üzvlərini onların axtardığı tələbənin məhz o olduğuna inandıra bilməlidir. Buna görə də universitetlərin intervü yanaşmalarını bilmək, təxmini sualları ilə tanış olmaq və bu suallara hazırlaşmaq lazımdır.
HANSI UNIVERSİTETLƏR İNTERVÜ KEÇİRİR?
Universitetlərin heç də hamısı tələbələrə intervüdə iştirak dəvəti göndərmir. Ancaq, tələbələrinin seçimində olduqca diqqətli davranan nüfuzlu universitetlərin əksəriyyəti öz tələbə seçimlərində intervü təşkilinə əhəmiyyət verirlər. Kimlərin intervüyə dəvət olunacağı isə universitetlərin qəbul siyasətindən asılıdır.
XARİCDƏ TƏHSİL PLANINA NƏ VAXT BAŞLAMALI?
Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

TƏQAÜD PROQRAMLARI VƏ MALİYYƏ DƏSTƏYİ
Xaricdə təqaüdlü təhsil mümkündürmü? Hansı təqaüd proqramları mövcuddur və qəbul şərtləri nələrdir? Hansı sənədləri toplamalıyam? Təqaüd proqramlarına necə müraciət edə bilərəm? Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

ESSE, MOTİVASİYA VƏ TÖVSİYƏ MƏKTUBLARI
Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır. Agora təhsil mərkəzi, öz peşəkar yanaşmasıyla motivasiya məktublarının, esselərin yazılmasında, tövsiyə məktublarının hazırlanmasında tələbələrə tam dəstək xidməti göstərir.
