• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

HAQQIMIZDA

BİZ KİMİK?

Bu bizim Agoramızdır. Qədim Yunanıstan Agorasından çox fərqlənmirik. O zamanlar yunanlar Agoralara toplanaraq siyasi, ticari məsələləri müzakirə edərdilər. Bizim Agoranın isə tək gündəmi var, o da təhsildir. Gəncləri arzuladıqları təhsil hədəflərinə çatdırmaq üçün şagird-tələbələr, ailələr, məktəb və tədris müəsssiələrinin nümayəndələri və əlbəttə peşəkar təhsil mütəxəssislərimiz Agorada toplanır, müzakirə edir, dəyərləndirir, qərarlar alır və həyata keçirir.

Agora təhsil mərkəzi şagird və tələbələrin təhsilinə, dünyanın qabaqcıl universitetlərində bakalavr və magistratura pilləsi üzrə təhsil almasına dəstək verən bir neçə proqram həyata keçirir. 5-ci sinifdən başlayaraq bütün orta məktəb şagirdləri üçün BAŞLA, 10-11-ci sinif şagirdlər üçün İRƏLİ, universitet tələbələri üçün YÜKSƏLİŞ, təhsil müəssisələri və təhsil mütəxəssisləri üçün FAYDA təhsil proqramlarını həyata keçiririk.

ABŞ-nin, Kanadanın, İngiltərənin, Almaniyanın, Türkiyənin və bir çox digər ölkənin tədris proqramlarına qəbul edilmək üçün tələbə namizədlərinə kömək edirik.

Agoranın təhsil mütəxəssisləri təhsilini xaricdə almış, təcrübəli və peşəkardırlar. Bununla yanaşı, ABŞ, Kanada, İngiltərə, Almaniya, Türkiyə kimi ölkələrin nüfuzlu universitetlərinin qəbul komissiyalarında işləmiş, iş təcrübələrində yüzlərlə tələbə müraciətlərini yoxlayıb “hə” və ya “yox” qərarı vermiş əcnəbi mütəxəssislərlə də əməkdaşlıq edirik.

BAŞLA

şagirdlər üçün

BAŞLA proqramı 5-ci sinifdən etibarən orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş karyera inkişaf proqramıdır.

İRƏLİ

abituriyentlər üçün

İRƏLİ 11-ci sinif şagirdlərinin xarici universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən fərdi proqramdır.

YÜKSƏLİŞ

tələbələr üçün

YÜKSƏLİŞ programı, xaricdə nüfuzlu universitetlərdə magistratura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulub

AGORADA NƏ EDİRİK?

Agorada təhsil həyatının erkən illərindən başlayaraq şagirdin gələcək karyera hədəflərinə uyğun akademik və sosial dəstək proqramları həyata keçirilir. 5-ci sinifdən başlayaraq bütün orta məktəb şagirdləri üçün BAŞLA, abituriyentlər üçün İRƏLİ, universitet tələbələri üçün YÜKSƏLİŞ, təhsil müəssisələri və təhsil mütəxəssisləri üçün FAYDA təhsil proqramlarını həyata keçiririk. Bu proqramlar şagirdlərin məktəb, lisey, universitet təhsilində və daha sonrakı həyatında uğurlu olması üçün tələb olunan bilik və bacarıqları mənimsəyə bilməsi üçün dizayn olunub.

Proqramlarımız orta məktəb seçimindən akademik bacarıqların inkişafına, dərsdənkənar fəaliyyətlərdən dünyanın qabaqcıl təhsil müəssisələrinə qəbul ola bilmək üçün güclü bünövrə yaratmağa qədər şagirdin inkişaf prosesinə tam dəstək xidmətlərini əhatə edir. Təhsil proqramlarımızın əsas üstünlüyü hər şagirdə fərdi yanaşmasıdır. Bunun üçün də hər şagird və tələbəyə özəl olaraq hazırlanır. Proqrama daxil olan xidmətlərdən hansına daha çox ehtiyac olduğuna ailələr qərar verərək övladlarının inkişafına dəstək olurlar. Eyni zamanda orta məktəb və liseylərin konsultantları, kurslar və tədris mərkəzlərində işləyən xaricdə təhsil mütəxəssisləri üçün də dəstək proqramlarını həyata keçiririk.

Başla! İrəli! Yüksəliş!

FƏLSƏFƏMİZ, MİSSİYAMIZ

Agoranın yanaşması sadədir. Sabahın dünyasını yaxşılaşdırmaq üçün bugünün gənclərinin həyatını yaxşılaşdırmaq istəyirik. Bunun da yolunun keyfiyyətli, dünyanın hər nöqtəsində rəqabətə hazır təhsildən keçdiyinə inanırıq. Dünyanın nüfuzlu universitetlərində təhsil ala bilmək üçün yola erkəndən çıxmağa, o yolda gənclərimizə etibarlı yoldaşlıq etməyə çalışırıq. Konsultasiya, araşdırma, akademik dəstək, mentorluq xidmətlərimizlə gənclərə xidmət göstəririk. Agorada uğur demək universitetə qəbul edilmək deyil. Bizim uğur hədəfimiz hər tələbənin potensialını mümkün olan ən yuxarı həddə çatdıran, onları inkişaf etdirən, xoşbəxt edən, onların gələcəyinə işıq tutan universitetlərə qəbul olunmasıdır.

Hər şagirdin və tələbənin potensialına inanırıq. Onların hər birinin ən yaxşı təhsili almağa, ən yaxşı təhsil müəssisələrində oxumağa layiq olduqlarına inanırıq. Bu inancımızı reallaşdırmaq, şagird və tələbələrimizə dəstək olmaq üçün onların yanında, onlarla birgə addımlamaq əsas missiyamızdır.

HAQQIMIZDA

FƏRQLƏRİMİZ

Agora təcrübəlidir.

Agoranın təhsil mütəxəssisləri xaricdə təhsil almış, təcrübəli və peşəkardırlar.  Agora həm də fikir mübadilələrinin yeridir. Qərarlar və seçimlər tək ağızdan çıxmaz. Mütəxəssislərimiz, əməkdaşlarımız, xarici partnyorlarımız hamısı bir komanda kimi tələbə və ailələriylə birgə ən yaxşısını əldə etməyə çalışırıq.

Metodologiyamız fərqlidir

Təhsil və universitetlərə qəbul təkcə test imtahanları, dərs qiymətləri və ya dil sertifikatlarından asılı deyil. Nüfuzlu universitetlər qiymətlər və imtahan ballarından başqa faktorlara da diqqət edirlər. Agorada hər tələbənin prosesində bu faktoların hamısına xüsusi diqqət yetirilir.

Agorada qayğı əsasdır.

Agorada qayğı əsasdır. Əməkdaşlarımız təhsil həyatının hər vacib anında gənclərin ehtiyaclarını və hədəflərini əsas götürür. Onları tanıyır, onlara sayğı duyur və onların qayğısına qalır. Təhsil həyatında hədəfə çatmaq olduqca yorucu prosesdir və Agora bu prosesi tələbə və ailələri üçün bəsitləşdirir, onları stresdən uzaqlaşdırır.

Hər tələbə bənzərsizdir

Hər tələbə özünəməxsusdur, hər biri bənzərsizdir. Agorada hamıya uyan təhsil reseptləri yoxdur. Hər tələbəyə fərdi yanaşırıq.

Beynəlxalq əməkdaşlıqlar

Agora təkcə öz bildiyini və bacardığını etmir, həm də nüfuzlu xarici universitetlərin qəbul komissiyalarında iş təcrübəsi olan əcnəbi təhsil mütəxəssisləriylə də əməkdaşlıq edir, onların bilik və təcrübəsindən faydalanır.

Bildiklərimizi paylaşırıq

Agora ünsiyyət məkanıdır. Bildiklərini özünə saxlayan insanların yeri deyil. Biz də bildiklərimizi tələbələrimizlə, ailələriylə bölüşürük. Təkcə seminarlar, sosial media hesabları və internet saytımızda deyil, həm də üz-üzə, canlı görüşlərdə bütün bildiklərimizi paylaşmaqda istəkliyik.

AGORADA YERİNİZ VAR

TƏHSİL XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

İlkin konsultasiya üçün zəng edin: (+994) 55 257-24-77

Nəticələrimiz

AGORADA BAŞLAYANLAR, İRƏLİLƏYƏNLƏR
VƏ YÜKSƏLƏNLƏR

680

Peşəkar Konsultasiya

1230

Müraciət

1480

Motivasiya məktubu

1165

Qəbul

İLKİN VƏ PEŞƏKAR KONSULTASİYA

KONSULTASİYA ÜÇÜN QEYDİYYATDAN KEÇ

    Qaydalarla razıyam