• Başla! İrəli! Yüksəliş!
  • Ekspertlərimizlə danışın: 055 257 24 77

BAŞLA

BAŞLA - şagirdləri universitetlərə qəbul prosesində uğur qazanmağa hazırlayan individiual proqramdır.

BAŞLA PROQRAMI NƏDİR?

Agora ilə BAŞLA proqramı 5-ci sinifdən etibarən orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş karyera inkişaf proqramıdır. Təhsil həyatının erkən illərindən başlayaraq şagirdin karyera hədəflərinə uyğun akademik dəstək proqramıdır. BAŞLA proqramı şagirdlərin məktəb, lisey, universitet təhsilində və daha sonrakı həyatında uğurlu olması üçün tələb olunan bilik və bacarıqları mənimsəyə bilməsi üçün dizayn olunub. Orta məktəb seçimindən akademik bacarıqların inkişafına, dərsdənkənar fəaliyyətlərdən dünyanın qabaqcıl təhsil müəssisələrinə qəbul ola bilmək üçün güclü bünövrə yaratmağa qədər şagirdin inkişaf prosesinə tam dəstək xidmətlərini əhatə edir. BAŞLA proqramı orta məktəb və lisey şagirdləri üçün üç əsas xidmətdən ibarətdir:

MƏKTƏB BƏLƏDÇİSİ

Övladınızın hansı məktəbdə oxumasına necə qərar verəcəksiniz? Özəl məktəbdə oxusun yoxsa dövlət məktəbində? Özəl məktəbdə təhsil alacaqsa, hansı kurrikulumu seçmək lazımdır? Beynəlxalq kurrikulumlardan IB yoxsa A Level tövsiyə olunur? Bu məktəblərdən hansı sizin övladınızı öz hədəfinə çatdırmağa qadirdir? Bu sualları çoxalda bilərik. Hamısının cavabını Agora ilə BAŞLA proqramında öyrənəcəksiniz.

AKADEMİK HAZIRLIĞA DƏSTƏK

Şagirdin orta məktəb təhsilinə əlavə dəstək kimi özəl dərslər alması, testlərə hazırlıq, xarici dil kurslarında iştirakı, olimpiadalara və beynəlxalq imtahanlara hazırlıq kimi ehtiyacları BAŞLA proqramında təcrübəli mütəxəssislərimiz tərəfindən müəyyənləşdirilir və nəzarətdə saxlanılır. Bu prosesdə yaşana biləcək çətinlikləri erkən müəyyənləşdirib aradan qaldırmaq üçün mentorluq xidmətimiz də təqdim olunur.

ROADMAP

Universitetlərə müraciət prosesi 6-12 ay sürən bir proses olsa da, buna hazırlıq orta məktəbin erkən illərindən başlayır. Ən yaxşı univeristetlərdə təhsil ala bilməyin yolu daha tez başlamaqdır. BAŞLA proqramı universitet seçimini və qəbula təsir edən üstünlükləri qazanmağı təmin edir. Başla proqramımız şagirdlərin yol xəritəsini, hansı təcrübəni hansı zamanda qazanmağın təqvimini hazırlayır, şagirdin bu plana sadiq qalaraq irəliləməsinə nəzarət edir.

NİYƏ BAŞLA PROQRAMINI SEÇMƏLİSİNİZ?

BAŞLA proqramı ailənizin unikal ehtiyaclarına cavab verən təhsil proqramıdır. Proqrama daxil olan üç istiqamətdən – Məktəb seçimi və qəbul, Akademik hazırlığa dəstək və Roadmap xidmətlərindən birini seçə biləcəyiniz kimi, bunların hər üçündən də birlikdə faydalana bilərsiniz.

BAŞLA proqramının əsas üstünlüyü hər şagirdə fərdi yanaşmasıdır. Heç bir şagird bir-birinə bənzəməz. Proqram hər şagirdin fərqliliyinə uyğun gələn təhsil hədəflərinin müəyyənləşdirilməsinə və bu məqsədlərə çatdırmağa xidmət edir. Bunun üçün də BAŞLA proqramı hər şagirdə özəl olaraq hazırlanır. Proqrama daxil olan xidmətlərdən hansına daha çox ehtiyac olduğuna ailələr qərar verərək övladlarının inkişafına dəstək olurlar.

BAŞLA PROQRAMI NECƏ İŞLƏYİR?

BAŞLA proqramına qoşulmağın ilk addımı 90 dəqiqəlik sessiya olan Peşəkar Konsultasiya xidmətindən istifadə etməkdir. Bu konsultasiya nəticəsində mütəxəssislərimiz şagirdin ehtiyaclarını və hədəflərini araşdıracaq, onu uğura aparacaq yol xəritəsini hazırlayacaqlar. Məktəb seçimindən univesitetə qəbula, repetitor seçimindən dərsdənkənar fəaliyyətlərə qədər bir çox istiqamətdə övladınız üçün uğurlu gələcəyin təməllərini birlikdə atacağıq.

BAŞLA PROQRAMINA HANSI XİDMƏTLƏR DAXİLDİR?

AGORADA TƏHSİL XİDMƏTLƏRİ

Agora təhsil mərkəzinin xidmətlərindən səmərəli istifadə etməyin yolu konsultasiya xidmətindən başlayır. Agorada iki növ konsultasiya xidmətindən istifadə edə bilərsiniz: İlkin konsultasiya və Peşəkar konsultasiya.

İlkin konsultasiya xidməti ödənişsizdir və müddəti 20 dəqiqədir.
Peşəkar konsultasiya xidməti ödənişlidir və müddəti 90 dəqiqədir.

Valideynlər üçün məktəb seçimi bəzən çox çətin və yorucu olur. Hansı meyarlara daha çox diqqət etməli oiduqlarını qarışdıra bilirlər. Xüsusilə də dünyanın nüfuzlu universitetlərində təhsil almaq kimi arzu da diqqətə alınanda ilk addımın çətinliyi daha aydın görünür.

Agora tərəfindən şagirdlərə verilən akademik hazırlıq dəstəyi şagirdlərin dərs qiymətlərinin yüksəldilməsi və qəbul imtahanlarına hazırlanmalarına dəstək xidmətidir. Agora bu məqsədlə ölkəmizin təcrübəli müəllimləri ilə əməkdaşlıq edir. Eyni zamanda müxtəlif istiqamətlər üzrə xarici müəllimləri də individiual hazırlıq prosesinə cəlb edir.

Orta məktəbdən universitetə gedən yol tələbələrin həyatında ən həyəcanlı, lakin yorucu mərhələlərdən biri ola bilər. Seçmək üçün minlərlə universitet və bir-birindən çətin qəbul prosedurları yaxşı düşünülmüş bir planın nə qədər vacib olduğunu göstərir.

Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir.

Agoraya məxsus Qəbul Simulyatoru, bir tələbənin universitetə müraciətini göndərmədən əvvəl o universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı verdiyimiz prosesin adıdır.

Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. “Özün müraciət et!” proqramımıza qoşulan tələbələr bu təlimlərdə hansı ölkələrin, hansı universitetlərin təhsil hədəflərinə uyğun olduğunu özü araşdırıb müəyyənləşdirəcək.

Agora universitet bələdçisi şagirdlərə öz maraqlarını araşdırmağa, məktəbdə və kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə və nüfuzlu universitetlərə müraciət vaxtı güclü namizəd profilləri yaratmağa imkan verir.

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir.

Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır.

Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!

Dərs qiymətləriniz, imtahan nəticələriniz yüksəkdir deyə ən yaxşı universitetlərə qəbul ediləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əlbəttə ki, qiymətlər və imtahan nəticələri çox vacibdir, ancaq kifayət etmir.

Üniversitetlərin tələbə namizədlərini cəlb etdiyi intervülər qəbul məktubunun göndərilməsindən əvvəlki son mərhələdir. Bu mərhələdə qəbul komissiyasının üzvləri tələbəylə görüşərək onun xarakterini, peşəkarlığını, şəxsiyyətini, dünyagörüşünü və universitetə uyğun olub-olmadığını dəyərləndirir. İntervüdəki zəif performansıakademik göstəriciləri güclü olan çoxlu tələbənin qəbul edilməməsi ilə nəticələnir.

Agora şagird və tələbələrə yay tətillərini səmərəli keçirməsi üçün çoxlu sayda yay məktəbi təklif edir. Beləcə həm keyfiyyətli istirahət etmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xarici dil biliklərini artırmaq fürsətləri çoxalır.

Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.

AGORADA TOPLANIRIQ

TƏHSİL XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

İlkin konsultasiya üçün zəng edin: (+994) 55 257-24-77

NƏTİCƏLƏRİMİZ

AGORADA BAŞLAYANLAR, İRƏLİLƏYƏNLƏR
VƏ YÜKSƏLƏNLƏR

680

Peşəkar Konsultasiya

1230

Müraciət

1300

Motivasiya məktubu

1165

Qəbul

İlkin konsultasiya istəmədiyindən əminsən?

PEŞƏKAR KONSULTASİYA ÜÇÜN QEYDİYYATDAN KEÇ

    Qaydalarla razıyam