Almaniyanın dövlət universitetlərinə Bakalavr müraciəti üçün tələbələr 4 əsas meyara xüsusi diqqət etməlidir.
1. Azərbaycanın orta məktəb attestatı ilə birbaşa Almaniyada bakalavr təhsilinə başlamaq mümkün deyil. Çünki Almaniya 12 illik təhsil sistemini tətbiq edir və buna görə Azərbaycan vətəndaşları 11 illik orta təhsilini Almaniyada Studienkolleg təhsili ilə 12 ilə tamamlamalıdır. Studienkolleg universitet öncəsi kollecdir, bir növ Foundation kimi də adlandırmaq olar. Şagird orada bir illik təhsil aldıqdan sonra isə imtahan verir və alman universitetlərinə qəbul üçün şans qazanır.
2. Əgər şagird Studienkolleg təhsili almadan Almaniyada bakalavr təhsilinə başlamaq istəyirsə, onda orta məktəbi bitirdikdən sonra Azərbaycandakı bir universitetə qəbul olur və ilk kursu bitirdikdən sonra Almaniyada təhsilini davam etdirir. Azərbaycandakı 1-ci kurs universitet təhsili Almaniyanın 12 illik orta məktəb təhsili kimi qəbul olunur. Birinci kursu Azərbaycanda bitirən tələbə bakalavr təhsilinə yenidən Almaniyada birinci kursdan başlayır.
3. Almaniyada bakalavr təhsili üçün təhsil almaq istəyən tələbələr Almaniya Dövlət Universitetlərindən birbaşa qəbul almaq üçün ən azı B1 alman və ya ingilis dili sertifikatına malik olmalıdırlar. Bu sənəd TESTAS və ya IELTS və ya TOEFL IBT ola bilər. Siz alman dilini bilmədən müraciət edə bilərsiniz, lakin şərti qəbul almaq çox çətin ola bilər.
4. Almaniyada bakalavr təhsili almaq istəyən tələbələr təhsillərinin birinci ilində maddi vəziyyətlərinin yetərli olduğunu təsdiq etməlidirlər. Bu sənəd bankdan alınan “Bloklanmış hesab” məktubu ilə sübut edilməlidir. 12 aylıq təhsil və yaşayış xərcləri üçün ildə təxminən 11.500 Avro ilə bloklanmış hesab aça bilməyən tələbələr və onların valideynləri viza ala bilməyəcəklər. 12.000 avroluq bloklanmış hesab birinci il üçün etibarlıdır. İkinci kursda tələbə Almaniyada olarkən bloklanmış hesab əvəzinə part-time işləyirsə iş yerindən 3 aylıq maaş qəbzi ilə müraciət edib vizasını uzada bilər. Almaniyanın dövlət universitetlərinə qəbul olunan tələbələrin həftədə 20 saat part-time işləmək hüququ var, ayda 80 saat işləyən tələbə isə 1000-1500 Avro əmək haqqı qazanıb dolana bilir.
Bu şərtlərə uyğun olan şagird və tələbələr Agora Təhsil Mərkəzi nəzarətində Almaniyanın dövlət universitetlərinə müraciət edə bilərlər. Bakalavr təhsilini bitirmiş və yuxarıdakı 3 və 4-cü şərti yerinə yetirmiş tələbələr də magistraturaya müraciət edə bilərlər.