
QISAMÜDDƏTLİ XARİCDƏ TƏHSİL DƏSTƏYİ
Qəbul Simulyatoru ilə bir tələbənin müraciətini universitetin qəbul komissiyası kimi davranaraq təsdiq və ya rədd cavabı veririk. Mütəxəssislərin də köməyini alaraq tələbənin universitet müraciətindən öncə qəbul şansını dəyərləndiririk.
Agorada xaricdə təhsil mütəxəssislərimizin təlimlərində iştirak edərək öz müraciətini özün edə bilərsən. Bu proqrama qoşulan tələbələr öz seçdikləri universitetlərə müraciət və qəbul prosesini özü idarə edir, ehtiyac olduqda Agoranın mütəxəssislərindən dəstək alırlar.
Xaricdə təqaüdlü təhsil imkanlarını, maliyyə dəstəyi variantlarının hamısını tələbələrimiz üçün dəyərləndiririk. Hər tələbə həm xaricdə təhsil almaq, həm də təhsil təqaüdləri tapmaq arzusundadır. Agora sizə təhsil təqaüdləri tapmaqda kömək edəcək!
Tələbə vizası təhsil aldığınız ölkənin immiqrasiya idarəsi tərəfindən təsdiq edilmiş sənəddir. Ölkəyə girməyə icazə və müəyyən müddət təhsil almaq hüququ verir. Qeydiyyatdan keçdikdən sonra bu icazəni əldə etmək üçün vizaya müraciət etməlisiniz.
Universitetlər bəzi hallarda qəbul məktubunu göndərmədən əvvəl tələbələri intervüyə dəvət edir, burada onlara müxtəlif suallar yönləndirirlər. Hər universitetin intervülərə yanaşması fərqli olur. Agora sizi bu intervülərə hazırlaşdırır.
Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır.
Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Bəs hansı ölkəni seçək?
Xəyalınızdakı universitet hansıdır? Universitet həyatınızı hansı ölkədə yaşamaq istərdiniz? Dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün nələri bilməlisiniz?