ESSE, MOTİVASİYA VƏ TÖVSİYƏ MƏKTUBLARININ YAZILMASI
Nüfuzlu universitetlərə müraciət zamanı qəbul qərarına təsir edən üç növ mətn vardır. Bunlar tələbə namizədinin yazacağı motivasiya məktubu, bəzi universitetlərin tələb etdiyi xüsusi esselər və tələbə haqqında yazılmış tövsiyə məktublarıdır. Agora təhsil mərkəzi, öz peşəkar yanaşmasıyla motivasiya məktublarının, esselərin yazılmasında, tövsiyə məktublarının hazırlanmasında tələbələrə tam dəstək xidməti göstərir.

AGORA NECƏ KÖMƏK EDİR?
Agora mütəxəssisləri digər namizədlərlə rəqabətdə tələbəyə üstünlük qazandıran esselərin yazılmasında, tövsiyə məktublarının tərtib olunmasında peşəkar xidmət göstərir. Bu mətnlərin təkcə universitetə qəbul qərarına deyil, həm də təqaüdlü təhsil imkanı qazanmağa kömək etdiyini nəzərə alanda, peşəkar dəstəyin vacibliyi özünü göstərir. Agora mütəxəssisləri motivasiya və tövsiyə məktublarının hazırlanmasında, esselərin yazılmasında hansı məqamların qərara müsbət təsir etdiyini bilir, qəbul komissiyalarının nələrə xüsusi dəqqət yetirdiklərini anlayır.
Motivasiya məktubu nədir?
Motivasiya məktubu tələbənin universitet və ixtisas seçiminin səbəblərini, karyera məqsədlərini və akademik maraqlarını göstərən mətndir. Bu məktub tələbənin şəxsi və akademik maraqlarını, universitetə verə biləcəyi töhfələri ortaya qoyaraq onun xarakteri və şəxsiyyəti haqqında təəssürat formalaşdırır. Motivasiya məktubu bəzən tələbələrə önəmsiz sənəd kimi görünsə də, təcrübədə akademik göstəriciləri yüksək olub motivasiya məktubu zəif olan namizədlərin arzuladıqları universitetlərə qəbul olunmaması hallarına da rast gəlinir. Universitetlərin qəbul komissiyaları bu təəssürata əsaslanaraq tələbənin müraciətini qiymətləndirərək qəbul və ya rədd cəvabını konkretləşdirir.
Tövsiyə məktubu nədir?
Tövsiyə məktubu, adətən tələbənin müəllimləri və ya mentorları tərəfindən yazılan, tələbənin xarakterini, bacarıqlarını və nailiyyətlərini əks etdirən şəxsi sənəddir. Bu məktub tələbənin akademik və sosial səriştələrini vurğulamaqla universitet müraciətinə obyektiv perspektiv təqdim edir. Tövsiyə məktubu tələbənin akademik performansını, liderlik qabiliyyətini, xarakterini və xüsusi layihələrə verdiyi töhfələri vurğulamaqla onun nəzərdə tutulan proqrama və ya universitetə uyğunluğunu dəstəkləyir. Universitetlər bu məktubları dəyərləndirərək tələbənin potensialını daha dərindən anlayır və dərslərinə dəyər qatacaq namizədləri seçirlər.
Esse nədir?
Esselər tələbənin şəxsi, akademik bacarıqlarını və peşəkarlığını dərindən ifadə etmək imkanı verir. Bu mətnlər tələbənin xarakterini, təcrübələrini və məqsədlərini başa düşmək üçün nəzərdə tutulub. Tələbəyə öz düşüncə tərzini, yazı bacarıqlarını və tənqidi düşünmə qabiliyyətini nümayiş etdirməyə imkan verir. Esseler tələbənin çətinliklərin öhdəsindən gəlmək bacarığı, liderlik təcrübəsi, şəxsi inkişaf və cəmiyyətə töhfələr kimi mühüm xüsusiyyətlərini əks etdirir. Universitetlərin qəbul komissiyaları tələbənin özünü ifadə etmə qabiliyyətini, məqsədlərinə bağlılığını, fərqləndirici keyfiyyətlərini esselərə baxaraq qiymətləndirirlər.
XARİCDƏ TƏHSİL
Xaricdə təhsil almaq qərarı təkcə ölkə və ya universitet seçmək deyil, həm də fərdin həyatını kökündən dəyişdirəcək unudulmaz təcrübənin qapılarını açmaqdır. Agora təhsil mərkəzi bu həlledici prosesdə tələbələrə və ailələrinə bələdçilik edir. Hər bir tələbə Agora üçün unikaldır və məqsədləri özəldir. Buna görə də hər şagird və tələbə üçün fərdi təhsil planı yaradırıq, buna uyğun təhsil təcrübəsini formalaşdırırıq.

UNİVERSİTET BƏLƏDÇİSİ
Xəyalınızdakı universitet hansıdır? Universitet həyatınızı hansı ölkədə yaşamaq istərdiniz? Dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün nələri bilməlisiniz? Agoranın əsas işi şagirdlər və tələbələr üçün doğru universiteti seçmələrinə dəstək olmaqdır. Universitetlər, tədris proqramları, üstünlükləri, təqaüd imkanları, beynəlxalq uğurları haqqındakı ən dolğun məlumatları elə Agorada öyrənəcksiniz.

ÖLKƏ BƏLƏDÇİSİ
Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Kanadada universitet və kolleclər hər il 500 000-dən çox xarici tələbə qəbul edir. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. Keyfiyyətli və ödənişsiz təhsil dedikdə ilk ağla gələn ölkələrdən biri Almaniyadır. Bəs hansı ölkəni seçək?
